"Fənərbağça"nın azarkeş qrupunun lideri Cem Gölbaşı İstanbulda güllələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Cem Gölbaşı İstanbulun Bağcılar rayonunda yaşayış kompleksin girişində silahlı hücuma məruz qalıb.
"Fotospor" xəbərinə görə, o və yanındakılar iki maşında olan şəxslər tərəfində güllə yağmuruna tutulublar: "Nəticədə Gölbaşı və yanında olan iki nəfər yaralanıb. Cemin yarası yüngül olsa da, yanındakıların vəziyyətinin ağır olduğu deyilir. Polis faktla bağlı araşdırma aparır".
Məlumatda hücumun səbəbi açıqlanmayıb: "Hazırda atəş edənlər axtarılır".
Tahir Şəlvəli
MİA.AZ