İstanbulda polislərlə narkotacirlər arasında atışma baş verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, atışmada 2 polis ağır yaralanıb, onlardan biri - Hakan Telli həkimlərin səyinə baxmayaraq, vəfat edib.

Atışmada bir narkotacir öldürülüb, 4 nəfər isə tutulub: "Gecə saat 00:30 radələrində Həmidiye Məhəlləsindəki Fərman küçəsində bir evə basqın zamanı polis əməkdaşları atəşə tutulub. Atışma nəticəsində iki polis əməkdaşı döş qəfəsindən yaralanaraq xəstəxanaya aparılıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan polis əməkdaşı Hakan Telli şəhid olub. A.Y.C. adlı polis əməkdaşının ağır yaralı halda müalicə edilir".

Məlumata görə, narkotaxir mafiyasının üzvlərindən Diyar Anacur atışmada öldürülüb: " O.A, A.A), K.T və G.D. ad və soyadlı şəxslər isə saxlanılıblar. Onlardan biri də yaralıdır".

Əməliyyatda şəhid olan polis Hakan Tellinin cənazəsi bu gün İstanbul Polis İdarəsində vida mərasimindən sonra məmləkəti Tokata göndəriləcək.

Tahir

MİA.AZ