"Beşiktaş" - "Pendikspor" matçından sonra "Bəyaz TV-də yayımlamnan "Beyaz Futbol" proqramında şərhçilər bir-birlərini aşağılayan ifadələr işlədiblər.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur futbol şərhçiləri Rasim Ozan Kütahyalı Ahmet Çakarla verilişdə mübahisə edib. Bundan sonra tərəflər aarsında gərginlik artıb.
Bu səbəbdən canlı yayımda Çakar Kütahyalının ondan üzr istəməsini israr edib. İstəyi yerinə yetirilməyən Çakar verilişi tərk edib.
O, efiri tərk edərkən, bir daha üzr tələb edib və “Ya buradan Rasim gedəcək, ya da mən" şərtini ortaya atıb.
Verilişdən sonra proqramın aparıcısı Ertem Şener sosial şəbəkədə paylaşım edərək Ahmet Çakarla Rasim Ozan Kütahyalı arasında heç bir problem olmadığını yazıb: "Şener Çakar növbəti proqramda efirdə olacaq".
Onu da qeyd edək ki, Rasim jurnalist Nagehan Alçının əri olub. Onlar ötən ay boşanıblar.
Fərid
MİA.AZ