Bəyaz TV-də yayımlanan "Söylemesem olmaz" maqazin verilişinin aparıcısı ilə bütün şərhçiləri verilişdən ayrılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yeni mövsümdən 3 şərhçi - Pınar Eliçe, Bircan Bali və Ebru Şancı verilişdə olmayacxaqlar.
8 ildir verilişin şərhçisi olan Bircan Bali "İnstaqram" hesabında yazıb ki, özünü başqa sahədə sınayacaq.
Ebru Şancı də sosial media hesabında yeni layihə bəhanəsi ilə verilişdən ayrıldığını bəyanlayıb.
Bu ayrılıqlara verilişin əvvəlki aparıcısı Seren Serengil səssiz qalmayıb.
O, TV-dən ayrılan aparıcı və şərhçiləri aşağılayıb: "Məndən sonra tufan... Mənim işığım hər kəsi işıqlandırır. Bir müddət o işığın onların olduğunu düşünürlər. Ancaq qaranlıqda qalıb həqiqəti gördükdən sonra anlayarlar.... Mənsə həmişə parlayıram, çünki ulduz olan mənəm...".
Ləman
MİA.AZ