Mərkəzi ofisi İstanbuld olan telekanallardan  biri bağlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 il əvvəl Konyada ölkə çapında yayıma başlayan, daha sonra isə mərkəzi oifisi İstanbula köçürülən  "BBN TÜRK TV" yayımına son verib.

Telekanalın bu qəfil qərarı təəccüb yaratsa da, sonradan buna izahat verillib.

"BBN TÜRK TV"-dən verilən məlumata görə, 3 Oktyabr 2020-ci ildə yaranan TV-nin bağlanma səbəbi satılmasıdır: “Birlik və həmrəylik prinsipi ilə yola çıxdığımız telekanalımız marka olaraq satıldığından yayımı dayandırdıq. Bundan sonra kanal eyni tezlikdə yayımlanmayacaq. Hər kəsə xeyirli olsun".

Zülfiyyə

MİA.AZ