Bərdə şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvar baxımsız vəziyyətdədir.
Mia.az AzFakt.com-a istinadla xəbər verir ki, park-bulvarın ərazisində olan hovuzlar aylarla təmizlənmir. Asudə vaxtlarını səmərəli keçirmək üçün parka gələn insanları aylarla təmizlənməyən hovuzdan iylənmiş su qoxusu vurur.
Məlumatda deyilir ki, parkda skamyalardan bəziləri də sınıq-salxaqdır: "Qeyd edək ki, Bərdə şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvar 2015-ci ilin mart ayında istifadəyə verilib".
MİA.AZ