Samux rayonunda məktəbdə soyğunçuluq olub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər veirr ki, avqustun 12-də Samux rayonunun Kolayır kəndi ərazisindəki orta məktəbin gözətçisinə zor tətbiq edilərək mobil telefonunun alınması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Şəmsi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.