Abşeron rayonunun Novxanı kəndində dənizdə batan şəxsin meyiti tapılıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, avqustun 11-də Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.