Bakıda usta 5-ci mərtəbədən yıxılaraq ölüb.
Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramovun 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsndə fasad quraşdırma işləri apararkən yerə yıxılması nəticəsində ölməsi faktı üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.