Bu gün Bakı vaxtilə saat 20.00-da "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiyanın HİK komandasını qəbul edib.
Mia.az xəbər verir ki, israilli baş hakim Roy Reinsreyberin idarə elədiyi oyunda hesab 4-cü dəqiqədə açılıb.
Lakin Marko Yankoviçin qolunu VAR hakimləri ofsayda görə qeydə almayıblar.
Nəhayət, "Qarabağ" 55-ci dəqiqədə Leandro Andrade ilə hesabı açıb - 1:0.
77-ci dəqiqədə HİK hesaba tarazlıq gətirib - 1:1.
85-ci dəqiqədə "Qarabağ"da Juninyo qələbə qolunu vurub - 2:1.
Xatırladaq ki, bu oyunun cavab matçı avqustun 17-də keçiriləcək.
Fərid
Mia.az