Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.
Bu barədə Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlama verib.
O bildirib ki, həmin Baş İdarələr ləğv olunmayıb.
Vəzifəsindən azad olunan idarə rəisləri aşağıdakılardır: Çağırış Baş İdarə rəisi general - mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev(APA).