"Real Madrid" PSJ-də incik salınan hücumçu Kilian Mbappenin transferini avqustun 12-dək bitirməyə çalışır.

Mia.az xarici mətbuata istinadla xəbır verir ki, "Real" avqustun 12-dək, yəni La Liqada oyunlar başlayana kimi 24 yaşlı oyunçunu heyətinə qatmaq istəsə də, PSJ-nin gözlənilməz cavabı ispan komandasını çıxılmaz vəziyyətə salıb.

Məlumata görə, PSJ Mbappeyə 230 milyon avro qiymət qoyub: "Hazırda "Real Madrid" bu qiyməti endirmək üçün danışıqlar aparır".

Xatırladaq k, Kilian Mbappe karyerası ərzində 324 rəsmi oyunda 244 qol vurub, 116 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ