Bu gecə Avropada futbol mövsümünə yekun vurulub. Qitənin birnömrəli klub turniri hesab olunan Çempionlar Liqasının final matçı keçirilib.
Həlledici qarşılaşmada İspaniyanın iki klubu - "Real" və "Atletiko" qarşılaşıb.
Mia.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luz" stadionunda baş tutan matç Bakı vaxtı ilə saat 23.45-də başlayıb. Final matçını holland FIFA referisi Byörn Kuypers idarə edib. Ona hollandiyalı Sander van Roekel və türk Cüneyt Çakır kömək ediblər.
Onu da bildirək ki, "Real"
indiyədək 9 dəfə kuboku qazanaraq Çempionlar Liqasının ən çox qalibi olmuş
komanda adını əldə edib. "Atletiko" isə ilk dəfə 1973/74 mövsümündə
finala çıxıb və "Bavariya"ya uduzub.
"Real" və "Atletiko"unun final oyununa gəldikdə isə, oyunun ilk hissəsində "Atletiko» hesabı açıb. İkinci hissəyə əlavə edilmiş 5-ci dəqiqənin sonuncu dəqiqəsində isə «Real» hesaba tarazlıq gətirməklə oyunu uzatma dəqiqələrinə daşıyıb - 1:1.
Uzatma dəqiqələrində isə "Real" və "Atletiko"nun qapısına yol tapıb. 110-cu dəqiqədə Qeyl "Real"ı önə çıxarıb. Bundan sonra daha iki qol vurmaqla "Real” Avropa liqasının qalibi olub – 4:1.