Bolqarıstan və ya Yunanıstandan havaya qalxdığı iddia edilən helikopter Türkiyə sərhədini gecəyarısı pozub.
Mia.az Türkiyə mediasına istinadıla xəbər verir ki, sərhədi qanunusz keçən və alçaqdan hərəkət edən naməlum ölkəyə məxsus helikopter Kırklarelinin Babaeski rayonunun Yenimahalle kəndi ərazisinə 100 kilo narkotik ataraq geri dönüb.
Hadisənin şahidi olan kənd sakinləri jandarmaya zəng edərək xəbər verməsindən sonra ərazi nəzaərə alınıb.
Kənd sakinləri bildiriblər ki, gecəyarısı fənərlərlə əkin yerlərini suvarırmışlar: "Böyük ehtimalla helikopterdəkilər əlimizdəki fənərə görə bizi narkobaronların adamları ilə səhv salaraq narkotiki yuxarıdan bizim yanımıza tulllayıb, getdilər...".
Bolqarıstan Milli Radiosunun məlumatına görə, Bolqarıstan Sərhəd Polisinin baş komissarı Anton Zlatanov Türkiyəyə 100 kilo narkotik atan helikopterin Bolqarıstandan havaya qalxmadığını bildirib.
Yunanıstandan isə hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma aparırlar.
Samir Musayev
MİA.AZ