Mançester
Yunayted"in yeni baş məşqçisi Lui
van Qal «Qalatasaray»da çıxış edən həmyerlisi Snayder üçün türk klubunun qapısını döydürdü.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis klubu Snayder üçün 13 milyon avro təkliflə çıxış edib: «Artıq rəsmi təklif gəldi. Lakin «Qalatasaray» rəhbərliyi «təklif yetərsizdir» deyərək, hələlik razılıq verməyib».
Türkiyə mətbuatı xəbər verir ki, «Qalatasaray» rəhbərliyi yayda keçiriləcək Dünya Çempionatını gözləyir: «Snayder Hollandiya milli komandasının tərkibində çempionatda bir daha parlaya bilər. Bu isə qiymət artımını özündə etiva edər. Eyni zamanda, klub rəhbərliyi Dünya Çempionatının gedişində yen oyunçuları izləmək və almaq niyyətindədir. Yəni alınacaq və gedəcək oyunçular Brazilyada keçirilən dünya kubokundan sonra veriləcək».