Daviddən ötrü çox darıxıram. Uzun müddətli münasibətləri sevmirəm, amma Davidlə çox xoşbəxtəm. Onun qərarlarını nə olursa-olsun dəstəkləyirəm". 

Bu sözləri "Mançester Yunayted"in qapıçısı David De Geanın sevgilisi Edurne Qarsiya Almaqro deyib.

 Müğənni İspaniyada yaşadığı üçün "Mançester Yunayted"də oynayan sevgilisi ilə gec-gec görüşdüyünü bildirib: "Onun karyerası üçün önəmli günlərdi. Bir-birimizə yaxın olmağı çox istərdim. Amma problem yoxdu. Mançesterə təyyarə ilə 2 saatlıq yol var. Hər fürsətdə bir-birimizi görürük". 

 De Gea ilə evlənib-evlənməyəcəkləri ilə bağlı suala isə Edurne belə cavab verib: "Təbii ki, evlənməyi düşünürük. Hələlik belə yaxşıdı. Amma gələcəkdə evlənib, uşaq dünyaya gətirmək istəyirik".

fanat.az