UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Fənərbağça" Moldovanın "Zimbru" komandasını darmadağın edib.
Mia.az xəbər verir ki, türklər oyundan 5:0 hesabı ilə qalib ayrılıblar.
İsmail Kartalın tələbələri oyuna çox istəkli başlayıblar.
“Fənərbağça” 11-ci dəqiqədə Ferdi Kadıoğlunun qolu ilə 1-0 önə keçib.
13-cü dəqiqədə Ryan Kentin qəşəng qolla fərqi 2-yə yüksəldib.
“Fənərbağça” 61-ci dəqiqədə Edin Dzekonun vurduğu qolla hesabı 3-0-a çatdırıb.
Edin Dzekonun qolundan cəmi 2 dəqiqə sonra Sebastyan Şimanski bu dəfə səhnəyə çıxıb - 4:0.
Sürətli oyununu bir an belə azaltmayan “Fənərbağça” 88-ci dəqiqədə Coşua Kinqin qolu ilə 5-ci qola da imza atıb.
Oyun bu hesabla bitib.
Fərid
MİA.AZ