BBC müxbirinin Mərakeş Qadın Milli Komandasının kapitanına mətbuat konfransında ünvanladığı sual dünya emediasının manşeti olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya ilə qadınlar arasında dünya çempionatının açılış oyunundan əvvəl media qarşısına çıxan milllinin kapitanı 32 yaşlı Ghizlane Çebbak jurnalistlərin suallarını cavablandıırb.
Bu zaman mikrafonu alan BBC müxbiri "Mərakeşdə "gey" (LGBT) olmaq qanuni deyil. Komandanızda "gey" oyunçular varmı və onların Mərakeşdə həyatı necədir?", - sualı ilə zalı heyrətə düşürüb.
Dərhal suala müdaxilə edən mətbuat konfransının moderatoru belə deyib: "Bağışlayın, bu, siyasi sualdır, ona görə də gəlin, futbolla bağlı suallara diqqəti yönəldək".
Mətbuat konfransından sonra BBC sözçüsü CNN-ə açıqlamasında əməkdaşlarının yersiz sual verdiyinin fərqində olduğunu etiraf edib: "Sualın yersiz olduğunun fərqindəyik. Komandaya zərər vermək niyyəti olmasa da, baş verənlərə görə üzr istəyirik".
Fərid
MİA.AZ