Bu gecə UEFA Çempionlar Liqasında 2013/14 mövsümünün qalibi müəyyənləşəcək.

Mia.az xəbər verir ki, finalda iki ispan komandası  - Madridin "Real" və"Atletiko" komandaları üz-üzə gələcək.

"Land of fire Azerbaijan" formalı "Atletiko" Portuqaliyanın paytaxfı Lissabonda keçirilək oyuna yaxşı əhval-ruhiyədə çıxacaq. Belə ki, Dieqo Simeonenin komandası bu mövsüm La Liqanı qızıl medallarla başa vurub. 

Xatırladaq ki, "Atletiko" indiyədək ÇL-nı qazanmayıb. "Real" isə bu titulu doqquz dəfə əldə edib.

Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.