Mingəçevirdə kater sahilə çırpılması nəticəsində yaralananlar var.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbasov, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.