Serialların hesabına "İnstagram"dakı izləyicilərinin sayını kəskin artıran türkiyəli aktrisalar bu prosesi əla qazanca çevirməyi bacarıblar.

Mia.az Türkiyə mətbuatıına istinadla xəbər verir ki, aktrisa və müğənnilərin "Instagram"dakı paylaşımlardan əldə etdiyi qazanclar artıq qardaş ölkə mediasının gündəmi olub.

Məlum olub ki, sənətçilər sosil mediadan çox böyük pul qazanırlar.

Heyrət doğuran qazanc siyahısına isə hər paylaşıma 350 min lirə qazanan Hande Erçel başçılıq edir.

Beləliklə, "İnstagram"da daha çox pul qazanan ilk onluq isə belədir: 

Hande Erçel: 350 min TL (30 milyon 900 min izləyici)

Beren Saat: 300 min TL (5 milyon 400 min izləyici)

Serenay Sarıkaya: 275 min TL (10 milyon izləyici)

Afra Saraçoğlu: 250 min TL (8 milyon 200 min izləyici)

Fahriye Evcen: 250 min TL (13 milyon 600 min izləyici)

Eda Ece: 200 min TL (7 milyon 800 min izləyici)

Demet Özdemir: 200 min TL (16 milyon izləyici)

Neslihan Atagül: 200 min TL (14 milyon 100 min izləyici)

Hazar Ergüçlü: 150 Min TL (3 milyon izləyici)

Pınar Dəniz: 150 min TL (2 milyon 800 min izləyici)

Zülfiyyə

MİA.AZ