Kamal Kılıçdaroğlunun sədri olduğu Cümhuriyyət Xalq Partiyası (CHP) müxalifyönlü Halk TV ilə əməkdaşlığı dayandırıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, partiya anlaşma müqaviləsindəki bəndə - 7 gün əvvəl xəbərdar etməklə müqaviləyə xitam vermək hüquqlarını xatırladaraq notarial qaydada əməkdaşlığa son verdiklərini bəyan edib.
CHP-nin sədr müavini Eren Erdem verdiyi açıqlamaya görə, artıq Halk TV ilə müqavilə birtərəfli qaydada ləğv edilib.
Samir Musayev
MİA.AZ