Prezident Ərdoğan Körfəz ölkələri səfəri çərçivəsində Qətərə gedib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Türrkiyə lideri Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
Lüsail sarayında iki liderin təkbətək görüşündən sonra nümayəndə heyətləri arasında görüş keçirilib.
Bundan sonra Türkiyə ilə Qətər arasında diplomatik əlaqələrin qurulmasının 50-ci ildönümü münasibətilə birgə bəyanat imzalanıb.
Bəyanat Türkiyə ilə Qətər arasında münasibətlərin qurulma tarixinə, hazırkı vəziyyətinə işıq salınıb və əlaqələrin hazırkı mərhələsindən məmnunluq duyulub.
Türkiyə və Qətərin əksər regional və beynəlxalq məsələlərdə həmfikir olduqları bildirilən bəyanata görə, indiyə qədər tərəflər arasında münasibətlərin inkişafını şərtləndirən 100 sənəd imzalanıb.
Yeri gəlmişkən, Ərdoğan Səudiyyə şahzadəsində olduğu kimi, Qətərdə Əmirə "Togg" hədiyyə edib.
Tahir Şəlvəli
MİA.AZ