Bu gün Audiovizual Şurasının iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda universal platforma operatoru lisenziyasının alınması üçün "Azlink" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb.
Müzakirələrdən sonra "Azlink" MMC-yə (xidmətin adı: "Azlink" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunub.