İstanbulda "Milli Gazete"nin köşə yazarı Mustafa Kəsədərin 19 yaşlı oğlu Məhəmməd Nuh Kəsədəri əvvəlcə boğub, daha sonra hissələrə parçalayan qatilin ifadəsi yayılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, vaxtilə jurnalistin həyətində işləyən qatıl Hakan O. polisə verdiyi ifadəsində qurbanı ilə iyulun10-da görüşdüyünü deyib: "10 iyul 2023-cü ildə əvvəldən bir-birimizi tanıyan şəxslər kimi görüşdük. Bir müddət gəzdik. Restoranda yemək yedikdən sonra qəlyan çəkmək üçün mənim evimə gəldik. Biz orada söhbət edərkən köhnə söhbətlər açıldı. Ona ailəsinin mənim haqqımı yediyini dedim, buna görə mübahisəmiz düşdü və bu, davaya çevrildi. Bir anlıq hirslə onu kəndirlə boğaraq öldürdüm. Özümdə deyildim artıq. Özümə gələndə anladım ki, ölüb. Sonra onun cəsədindən necə qurtulacağımı düşündüm. Mən cəsədi parçalamaq qərarına gəldim. Hamama aparıb evdə olan bıçaqlarla onu hissələrə ayırdım. Daha sonra torpalara yığıb evdə olan iki dərin soyuducuya doldurdum. Başını isə ayrı buzxanaya yerləşdirdim".
Qətldən sonra girov havası yaradaraq ailəsindən pul tələb etməyə qərar verdiyini açıqlayan Hakan deyib ki, aləyə zəng edib pul istəyib: "Məqsədim alacağım pulla qaçmaq, yoxa çıxmaq idi. Ancaq polis məni tutdu...".
Xatırladaq ki, qatil ailədən əvvəlcə 40 min dollar tələb edib. Ailənin polisə müraciətindən sonra polisin ailə adından anonim apardığı danışıqlarla vaxt uzadılıb. Bu müddətdə qatil guya girovunu azad edəcəyi müqabilində tələb etdiyi məbləği də aşağı salıb.
Türkiyə mediası yazır ki, polis ailə adından məbləği endirməyə israr etməklə iki məqsəd güdüb: "həm qatili ailədən biri olmağa inandırmaq, həm də qatilin yerini müəyyən etmək üçün vaxt qazanmaq. Hər iki hada plan baş tutub. Belə ki, 70 min lirəlik bazarlığa "hə" deyən amansız qatil Sultanqazi rayonundakı parkda verilən görüş yerinə inanaraq gəlib. Burada isə geniş təhlükəsizlik tədbirləri görülüb. Şübhəli Hakan polis tərəfindən burada qanadallanıb".
Məlumatda o da deyilir ki, qatil əvvəllər ailəsi ilə birlikdə jurnalistin evində işləyib. Təxminən 2 il əvvəl onlar burada ayrılıblar. O vaxtdan Hakan taksiçilik edirmiş..
Tahir Şəlvəli
MİA.AZ