"Fənərbaxça" Mert Müldürün transferi üçün İtaliyanın "Sassuolo" komandası ilə böyük ölçüdə anlaşıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu həm də millinin üzvü olan Mert Müldür üçün təqribən 2,5 milyon avro ödəyəcək.

Məlumata görə, yaxın günlərdə tərəflər arasında müqavilə imzalanacaq.

Fərid

MİA.AZ