Türkiyədə yayımlanan "Qismetse Olur" yarışmasında tanınan və sonradan tiktoker-lik edən Melis Buse Betkayan İstanbulda 3 qadın tərəfindən döyülüb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, bu barədə "İnstagram"dakı hesabında məlumat paylaşıb.
Melis Buse Betkayan bildirib ki, "TikTok"da canlı yayım edərkən 3 qadının qəfil hücumuna məruz qalıb: "Canlı yayımda olarkən 3 qadın gəlib məni döyərək videoya çəkdilər. Siz və sizi üzərimə yönəldənlərlə qanun qarşısında haqq-hesab çəkəcəyik".
Ləman
MİA.AZ