İmişlidə Araz çayında batan 2018-ci il təvəllüdlü Rəvan Əliyevin də meyiti sudan çıxarılıb.
Mia.az xəbər verir ki, 5 yaşlı uşağın meyiti 1 kilometr aralıda tapılıb.
Qeyd edək ki, hadisə bu gün saat 15 radələrində baş verib. Belə ki, İmişlinin Şahverdili kəndi ərazisindən keçən Araz çayında həmin kəndin sakinləri – Asif Əliyev və onun övladı Rəvan Əliyevin batması barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in dalğıcları cəlb edilib.
Sudan çıxarılan cəsədlər aidiyyəti üzrə təhvil verilib.
***
Araz çayında 2 nəfər batıb.
Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub: "Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub".
Məlumata görə. onlardan birinin meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir.