"“beIN Sports”un məşhur diktoru, telejurnalist Güntekin Onay Suriya, əfqan və pakistanlı miqrantlarla bağlı qalmaqal yaradanq tvitlər atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur telejurnalist sosial media hesabında suriyalı, əfqan və pakistanlıların dərhal Türkiyədən qovulmalarını tələb edib.

O, Tviter-də bu barədə ilk paylaşımında yazıb: "Suriyalılar sürətlə çoxalır, əfqan gəncləri fərqli mədəniyyətdir, hamısı cinsi cəhətdən acdırlar. Çox təhlükəli bir nöqtədəyik. Hökumətimiz onları deportasiya etməlidir".

Telejurnalistin bu paylaşımına qısa zamanda 1 milyondan çox baxış olub, minlərlə bəyənmə və şərh gəlib.

Bundan sonra telejurnalist eyni mövzudan daha bir paylaşım edib: "Suriyalı həkimi, pilotu, mühəndisi gəlsin! Ömründə qadın görməmiş, işə yaramazŞ çulsuz əfqan, suriyalı, pakistanlı gəlməsin".

Tahir Şəlvəli

MİA.AZ