Elsevər Əsədov Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, Elsevər Əsədov bundan əvvəl Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı idi.