Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları yol qəzasına düşüb.
Mia.az ANAMA-ya istinadla xəbər verir ki, hadisə iyulun 5-də Füzuli rayonun Kurdmahmudlu kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb: "Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib".
MİA.AZ