“Xəzər TV” MMC 2022-ci ili 185 min manat xalis zərərlə başa vurub.
Bu, 2021-ci illə müqayisədə 6,5 dəfə çoxdur.
Ötən il “Xəzər TV”nin satışdan gəlirləri 12,001 milyon manat (əvvəlki ilə nisbətən 6,5 % az), satışının maya dəyəri 9,359 milyon manat (53,7 % çox), kommersiya xərcləri 1,537 milyon manat (3 dəfə az), inzibati xərcləri 882 min manat (2,1 dəfə az), gəlirdən çıxılan vergiləri 82 min manat (51,9 % çox), vergidən çıxılmayan xərcləri 298 min manat (12% çox), mənfəət vergisi ödəmələri isə 28 min manat (36,4 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xəzər TV”nin aktivləri 12,097 milyon manat olub ki, bu da illik müqayisədə 3,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,8 % azalaraq 3,218 milyon manata, balans kapitalı isə 2% azalaraq 8,879 milyon manata düşüb.
Xatırladaq ki, “Xəzər TV” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,12 milyon manatdır. Teleşirkətin təsis
“Xəzər TV” 185 min manat zərərə düşüb
DİGƏR XƏBƏRLƏR
2024-11-25 19:17
2024-11-25 13:01
2024-11-25 12:17
2024-11-23 11:30