Ötən gün axşam Daşkəsən rayonunda baş verən güclü daşqın 23 yaşlı oğlanı aparıb.
Mia.az xəbər verir ki, güclü leysan nəticəsində rayonun Təzəkənd kəndində baş verən sel 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunun həyatına son verib.
Məlumata görə, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.