Elbəyi Həsənli,
Sürix
***
Rusiyanın Konkord şirkətlər qrupunun rəhbəri və sahibi, Vaqner qrupunun yaradıcısı Yevgeni Priqojin dünənə qədər Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostlarından biri hesab olunurdu. O, Rusiya, həmçinin Luqansk və Donetsk Xalq Respublikasının milli qəhrəmanıdır. Krımın işğalında da bu qurup ciddi rol oynayıb.
Vaqner Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikasında hərbi əməliyyatlar keçirib.
Sankt-Peterburqda yerləşən və ona məxsus olan trol fabriki 2016 və 2018-ci illərdə ABŞ-da keçirilən seçkilərə müdaxilədə ittiham olunub. Bu səbəbdən də Amerika ona və onun şirkətlərinə 2016-cı ildən etibarən sanksiyalar tətbiq edib. Avropa Birliyi və ABŞ, Böyük Britaniya onun ailə üzvlərini də sanksiya siyahısına salıb. O, 2020-ci ildə Amerikada keçirilən prezident seçkisinə də müdaxilə edib. Ancaq istənilən nəticəyə nail olmayıb. Yəni cənab Trampın seçilməyib...
Yevgeni Priqojin yalnız 2022-ci ilin sentyabrında Vaqnerin ona məxsus olamsını rəsmən etiraf edib. Halbuki Vaqqner 2014-cü ildə ortaya çıxmışdı və Vladimir Putinin şəxsi ordusu hesab olunurdu. Bu ordu rus millətçiliyinə söykənir və ən radikal sağ qanadı təmsil edir. Qərb mənbələri Vaqneri faşist Almaniyasının hərbçiləri ilə müqayisə etməyə üstünlük verir.
Əslində, Yevgeni Priqojin Vladimir Putindən daha dəhşətli adamdır. Ukraynada da separatizmə dəstək verib. Yəni o iqtidara gəlsə, sübhisiz ki, erməni separatizminə də arxa-dayaq duracaq. Özü də ən radikal formada.
Britaniya kəşfiyyatının məlumatına görə, 2022-ci ilin iyul ayından Vaqner Qrupu Rusiya həbsxanalarından məhbusları müharibəyə cəlb etməyə başlayıb. Ukraynada döyüşməyə razılıq vermək müqabilində cinayətkarların cəza müddəti başa çatmış hesab olunub.
O da məlumdur ki, Vaqner Qrupu Mərkəzi Afrika Respublikasında həbsdə olan üsyançıları Mali və Ukraynada döyüşlərə cəlb edib. Onların “Qara ruslar” ləqəbi ilə tanındığı bildirilir.
Vaqner sıralarında ermənilər, qazaxlar, moldavanlar da xidmət edir. Vaqnerin tərkibində serb və skandinaviya qrupları da var.
O da maraqlıdır ki, Sankt-Peterburqda doğulan Yevgeni Priqojinin (1961) atası da, babası da yəhudidir. Sadəcə xanımları rus olub.
1979-cu ilin noyabrında 18 yaşlı Priqojin oğurluq edərkən tutuldu və şərti cəza aldı. İki il sonra, 1981-ci ildə o, yenidən oğurluğa görə yaxalandı və soyğunçuluq, dələduzluq və yeniyetmələri cinayətə cəlb etdiyi üçün 12 il müddətinə azadlıqdan məhrum edildi. O və bir neçə ortağı lüks məhəllələrdə mənzilləri qarət etməkdə təqsirli biliniblər. O, 1988-ci ildə əfv olundu, 1990-cı ildə azadlığa çıxdı. Ümumilikdə o, doqquz il həbsdə yatıb.
1990-cı ildə həbsdən çıxandan sonra Priqojin Leninqradın Apraşaka bazarında anası və ögey atası ilə birlikdə hot-doq satmağa başladı. Tezliklə, “The New York Times” da gedən müsahibəyə görə, “rubl anasının onları saya biləcəyindən daha sürətlə dəyərini itirməyə başladı”. Sovet İttifaqının dağılmasından sonra Priqojin dövrün sahibkarlıq ruhuna uyğun hərəkət etdi.
1991-ci ildən 1997-ci ilə qədər Priqojin ərzaq mağazası biznesi ilə ciddi məşğul olub. O, Sankt-Peterburqda ilk ərzaq mağazalar şəbəkəsi olan və keçmiş sinif yoldaşı Boris Spektor tərəfindən qurulan Contrast-ın 15 faizinə sahib idi və menecer kimi də çalışırdı.
Təxminən eyni vaxtda Priqojin qumar biznesi ilə məşğul oldu.
Sankt-Peterburqda ilk kazinolar ona məxsus olub. “Novaya qazeta” qeyd edir ki, Priqojinin Vladimir Putinlə ilk dəfə o vaxt görüşə bilərdi, çünki Putin 1991-ci ildən kazinolar və qumar oyunları üzrə müşahidə şurasının sədri idi. O da dəqiq bəllidir ki, o, Putinlə 2000-ci ildə yaxın münasibətdə olub.
Məşhur həmyerlimiz Orxan Camalın Cənubi Afrikada qətlini də (2018-ci ilin avqustunda) Vaqner və Priqojin həyata keçirib.
“The Washington Post” yazırdı ki, Priqojin Rusiya hərbi komandirlərinin Ukraynadakı müharibədəki “səhvləri” barədə Putinə danışmağa cəsarət edən azsaylı şəxslərdən biridir...
Son hadisələrin axarı haqqında isə çox yazılıb. Ona görə də üstündən sükutla keçdim. Proses isə davam edir. Finala bir şey qalmadı...
MİA.AZ