Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib: ""Əziz və doğma kollektivim! Sizlərlə birlikdə uzun müddət çalışmaq xoş idi. Hər birinizə gələcəkdə nazirliyimizin iş fəaliyyəti yolunda uğurlar arzulayıram!".