"Sivasspor" klubunun baş məşqçisi Roberto Karlos yeni mövsümdən "Qranada"nı çalışdıra bilər.
Məlumata görə, 41 yaşlı mütəxəssis La Liqa təmsilçisinin baş məşqçi vəzifəsinə əsas namizədlərdən sayılır.
Tərəflər arasında danışıqlar müsbət nəticələnərsə, Karlos yeni mövsümdən "Qranada"nı çalışdıracaq. Braziliyalı mütəxəssis baş məşqçi postunda Lukas Alkarası əvəzləyəcək.
Qeyd edək ki, Karlosun çalışdırdığı "Sivasspor" klubu cari mövsümü 5-ci pillədə başa vurmaqla Avropa Liqasında iştirak etmək hüququ qazanıb.