Twitter-in sahibi İlon Mask Instagram və Facebook-un sahibi Mark Zukerberqə qarşı "qəfəs döyüşü"nə çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sosial şəbəkə üzərindən rəqib şirkətəin sahibinə səslənib.
“Facebook”, “Instagram” və “WhatsApp” kimi platformaların çətir şirkəti olan “Meta”nın bir müddətdir “Project 92” kod adı ilə Twitter-ə rəqib olan sosial media şəbəkəsi üzərində çalışdığına işarə vuran Twitter-in sahibi Elon Musk elə bu layihə barədə paylaşımının altında şərh yazaraq Zukerberqi riunqə dəvət edib: "Qəbul etsən, qəfəs döyüşünə hazıram".
Zukerberq isə ona İnstaqram hesabından cavab verib: "Konum at".
Bir izləyici isə Muska "Ehtiyatlı ol, o, yapon döyüş sənətləri ilə məşğuldur", - deyə məsləhət verib.
Fərid
MİA.AZ