Bu gün axşam saatlarında Neftçalanın Cəngən kəndində 3 nəfər gənc Kür çayında çimərkən batıb.
Bu barədə Mia.az-a "Demokratiya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, onlardan 16 yaşlı Əhmədov Siyasət Elşad oğlu və 18 yaşlı Elşən qardaşdırlar: "Boğulan digər uşaq isə onların dostları - 16 yaşlı Məlikov Teymur Seymur oğlu Dövlət Sərhəd Xidmətinin məktəbində təhsil alırdı".
Hüquq müdafiəçisi bildirib ki, Siyasət bu il 11-ci sinfi bitirib: "O, yenicə məzun olmuşdu..."
Xatırladaq ki, çayda boğulmuş hər üç gəncin cəsədi FHN xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Allah rəhmət eləsin!
Samir
Mia.az