Abşeronda parkda attraksiondan yıxılan qadının ölümü ilə bağlı cinayət işi açılıb.
Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, iyunun 8-də rayonun Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın attraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılıb və toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq tədbirləri davam edir.