"Azərbaycan" qəzetinin çapı dayandırıla bilər".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün “Azərbaycan” qəzetinə abunə olanların sayı azalıb: "Hazırda abunə təxminən 5 minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir. Əgər heç bir dəstək olmasa, qəzetin çapı dayandırılacaq"(Report).