Kanal D-nin aparıcısı Buket Aydın sosial şəbəkədə barəsində yayılan "bikinidə namaz qıldı" fotolara aydınlıq gətirib.
Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, o, bu fotoları yayanları alçaq və saxtakar adlandırıb.
Buket Aydın bildirib ki, bunu dəqiqləşdirmək üçün google-də axtarış vermək kifayətdir: "Mən normalda belə şeylərə cavab vermirəm, amma artıq həddui aşdınız. Google-da "bikinili namaz qılan qadın" yazın. Şəkillər 2017-ci ilə aid çıxacaq, özü də başqasına aid. Bəzi əclaflar və trol hesabları bu görüntüləri "Buket Aydın bikinidə namaz qılır" deyə yayır".
Ləman
MİA.AZ