Bakıda qadının bank hesabından pul oğurlanıb.
Mia.az DİN-ə istinadla xəbər verir ki, iyunun 8-də paytaxtın Nəsimi rayonu ərazisində Cəlilabad rayon sakini olan bir qadının bank kartından hesabındakı 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Qurbanova müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun mayın 27-də Saatlı rayon sakini olan digər bir qadının bank kartından hesabındakı 400 manatını oğurlaması da müəyyən olunub.