Türkiyənin keçmiş daxili işlər naziri Süleyman Soylu müxalifyönlü Halk TV və onun müxbirindən məhkəməyə şikayət edəcək.
Mia.az xəbər verir ki, bu barədə o, tviter-dəki səhifəsində açıqlama verib.
Sabiq nazir, hazırda depuat kimi fəaliyyət göstərən Süleyman Soylu bildirib ki, TV və müxbir ona böhtan atıblar: “Nazir olduğum dövrdə əleyhimizə yüzlərlə dəfə böhtan və yalan məzmunlu uydurma xəbərlər verən Halk TV-nin məlum müxbiri bu gün də buna bənzər böhtan və saxta xəbərlər yayıb.
Özümə və hər verilişində həyata keçirdiyimiz siyasətlərə düşmən münasibət bəsləyən bu yayım təşkilatı, şübhəsiz ki, böhtan və yalan kampaniyasını davam etdirəcək. Bu gün yayılan yalan və böhtan xəbərinə görə Halk TV və onun müxbiri barəsində cinayət işi açılması üçün şikayət verəcəyəm".
Soylu verilişdə onun barəsində nə deyildiyi və hansı müxbir məhkəməyə verəcəyini isə açqlamayıb.
Zülfiyyə
MİA.AZ