Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az--a verilən məlumata görə, keçirilən tədbir zamanı Pirəzə kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 400 kiloqramdan artıq olan 502 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.