Telejurnalist Ceyhun Rzayevin intihar anonsuna Daxili İşlər Nazirliyi təcili müdaxilə edib.

Mia.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, onu fikrindən daşındırılaraq polis orqanına dəvət ediblər: "Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".

Qeyd edək ki, telejurnalist Ceyhun Rzayev intihar edəcəyini elan edib.