"Əziz dostlar, dəyərli həmkarlar! Fəaliyyətimi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri kimi davam etdirəcəm".
Mia.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında AzTV-nin sabiq əməkdaşı Sabir Bilalov yazıb.
O bildirib ki, kompleksin fəaliyyəti ilə bağlı sualları 7/24 cavablandırmağa hazırdır.
Xatırladaq ki, kompleks Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindədir.
Samir MUSAYEV
MİA.AZ