Müğənni Hadisənin 3 aparıcını məhkəməyə verib.
Mia.az Türkiyə mətbuatın istinadıa xəbər verir ki, "Beyaz TV"nin "Söyləməzsəm, olmaz" verilişinin aparıcıları Seren Serengil, Bircan Bali və Arto kimi tanınan Harutyan Dalğanın barəsində məhkəməyə müraciət edib.
Bu barədə onun vəkli açıqlama verib.
Vəkil Orhan Erol Müezzinoğlu bildirib ki, adı çəkilən aprıcılar canlı yaımda efirdə müvəkkili Hadısıni hazırda ABŞ-da həbs həyatı yaşayan məşhur Rza Zərrabla eşq yaşadığlnı iddia ediblər: "Onlar milyonlar qarşısında müvəkkilimə böhtan ataraq onun şəxsi həyatına təcavüz ediblər. Məhkəmə bu təcavüzü durdurmalıdır".
Vəkil qeyd edib ki, Hadisə adıçəkilənlərin hər birindən 50 min tl təzminat tələb edir.
Türkiyə mətbuatı yazır ki, bu gün İstanbul Asliye Hüquq Məhkəməsində ilkin hazırlıq prosesi keçirilib. Hakim tərəfləri dinlədikdən sonra prosesi qeyri-müəyyən müddətə təxirə salıb.
Xatırladaq ki, Hadisə adıçəkilənlər barədə İstanbul prokurorluğuna da şikayət verib.
Ləman
MİA.AZ