Dövlət Miqrasiya Xidmətinin (DMX) Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə rəis əvəzi təyin olunub.

Məlumata görə, idarəyə rəhbərlik müvəqqəti olaraq 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyevə həvalə edilib.

Qeyd edək ki, o, əvvəllər Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi vəzifəsində çalışıb.