“Hələ də məktəblərdə şagirdlərin qiymətləndirilməsi şişirdilir”.
Mia.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Elm və təhsil komitəsinin iclasında deyib.
O bildirib ki, qırmızı attestat alanlar arasında 0-200 bal toplayanlar var:
“Müəllimlərin sertifikasiyası həm də şagirdlərin düzgün qiymətləndirilməsi üçün vacibdir. Hər bir qiymətləndirmənin dərin məsuliyyəti olmalıdır”(Report).
Deputta əlavə edib ki, təhsil ictimaiyyəti hələ də kurikulum anlayışını həzm edə bilmir: "Bəzi müəllimlər də onun mahiyyətini tam başa düşmür və ləğv edilməsini istəyir".
Mia.az