Azərbaycanın sponsorluq etdiyi Madridin "Atletiko" klubu İspaniya futbol liqasının qalibi olub. Son turda Barcelona ilə heç-heçə 1-1 oynayan Atletiko La Liga-nin çempionu olub
.
İlk hissədə komandanın əsas iki oyunçusu Arda Turan və Diego Costa zədələnərək meydançanı tərk ediblər. Komandanın əsas sponsoru Azərbaycanın Dövlət Neft Şirkətidir (SOCAR). Sponsorluq müqaviləsinin qiyməti 12  milyon funt sterlinqdir.

Sonuncu dəfə Atletico İspaniya Liqasını 1995-1996 mövsümündə qazanıb.

Mayın 24-də, Lisabonda, Atletico UEFA Çempionlar Liqasının finalında əzəli rəqibləri Madridin Real klubu ilə qarşılaşacaq(azadliq.org).